Millət Vəkilləri, Nazirliklər, İcra hakimiyyəti, KİV nümayəndələri və s. “Odlar Yurdu” Milli Mükafatına layiq görülüb.
QHT.az xəbər veri ki, bu gün “Odlar Yurdu - 2018” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.
Mükafat sahibləri “Tonika Qrupun, “Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyasının” birgə təşkilatçılığı ilə keçirilən “Odlar Yurdu” Milli Mukafatının Nominatları Sosial şəbəkələr və "Turizm Xəbərləri" qəzetinin sorğuları vasitəsi ilə müəyyənləşib.
"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım Ictimai Birliyi "Ailələrə göstərdiyi dəstəyə görə, "Odlar Yurdu" Milli Mükafatının layiq görülüb. Mükafat təşkilatın sədri Gülayə Səfərovaya təqdim olunub.
Bu barədə QHT.az-a açıqlama verən təşkilat sədri bildirib ki, “Bu uğur mənim güclü komandamın uğurudur. Hər birinə təşəkkür edirəm”.
QHT.az və QHT TV də bu uğur münasibəti ilə Gülayə xanım başda olmaqla "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım Ictimai Birliyinin bütün üzvlərini təbrik edir və yeni-yeni uğurlar arzulayır.
Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyi












