Bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov deyib.

O bildirib ki, Azərbaycanda artıq siyasətlə məşğul insanlar 60 yerə parçalanıb: “Cəmiyyətimizdə radikallıq meylləri, siyasi mədəniyyətdə, etikada ciddi qüsurlar var. Daha ciddi problem olaraq isə dini fanatizmə meylli insanlar var."