Avropa müstəmləkə siyasətinin səhiyyəyə və bu sahədə çalışan işçilərə qarşı vurduğu ziyanı qəbul etməlidir. Bu gün səhiyyə sisteminə yerli mütəxəssislər cəlb edilməlidir. Fransa bir çox xalqın tarixində mürəkkəb vəziyyətlər yaradıb.

 

QHT. az  AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda Efiopiyada qeyr-hökumət təşkilatı (QHT) rəhbəri olan Hebron Fekadu Gebre deyib.

 

Onun sözlərinə görə, dekolonizasiya Qərb kolonizasiyasının sonunu labüd edir və həmçinin ədalətsizliyə qarşı mübarizəni tərənnüm edir: “Efiopiya Fransanın müstəmləkəsi olmayıb, amma bu ölkə üçün də müəyyən problemlər yaradıldığını qeyd edə bilərik. Fransa digər müstəmləkəçi ölkələr kimi, regionda həmişə maraqlı olub. Efiopiya isə həmişə suverenliyin bərpası üçün çalışıb”.