Zəlzələ üzrə alim Prof. Dr. Ahmet Ercan 10 vilayətdə baş verən zəlzələlərdən sonra dağıntılar altında xilas olunmağı gözləyən 74 min insanın olduğunu bildirib.
QHT.az xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 9 saat arayla bölgədə artçı təkanlar davam etdiyi üçün axtarış-xilasetmə işləri davam edir.












