Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Mikayıl Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 30 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, Mikayıl Mikayıllı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!












