BMT-nin baş katibi Antonio Quterreş süni intellekt üzrə yüksək səviyyəli çoxtərəfli məsləhət orqanı yaradır.
QHT.az xəbər verir ki, baş katib bildirib ki, keçən il chatbotlar, səs klonlama, şəkil generatorları, video proqramlar və s. vasitəsilə süni intellektin imkanları və istifadəsində nəzərəçarpacaq irəliləyiş oldu: “Belə bir tətbiq sayəsində mən nitqin qüsursuz şəkildə səsləndirilməsini izləmək kimi sürreal təcrübə qazandım. Quterreş, "Çincə danışmıram və dodaqlarımın hərəkəti dediklərimə tam uyğun gəlirdi. Bu, süni intellektin inanılmaz gücünün və potensial təhlükələrinin yalnız bir nümunəsidir" deyərək çinlilərə müraciət edib”.
Onun sözlərinə görə, süni intellekt böhranların proqnozlaşdırılması və həllindən tutmuş səhiyyə və təhsil xidmətlərinin həyata keçirilməsinə qədər hökumətlərin, vətəndaş cəmiyyətinin və BMT-nin işini gücləndirə bilər: “Məsləhətçi orqan bu ilin sonuna kimi süni intellektin beynəlxalq idarə olunması, risk və çağırışların, eləcə də bu texnologiyanın yaratdığı imkanların başa düşülməsinə dair ilkin tövsiyələr hazırlayacaq”.
Pərvanə Fərhadqızı












