Bakı Dövlət Universitetinin (BDU) kollektivi Universitetin yaradılmasının 106 illiyi ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin məzarını ziyarət edib.
QHT.az xəbər verir ki, Ulu Öndərin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi hörmət və ehtiramla yad edilib.






