“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında qeyri-hökumət təşkilatlarının Böyük Qayıdış prosesində iştirak imkanlarından danışıb.

Onun sözlərinə görə, QHT-lər əsasən aztəminatlı və məcburi köçkün insanların hüquqlarının qorunması, humanitar yardımların çatdırılması, sosial infrastrukturun bərpası və müxtəlif sosial layihələrin həyata keçirilməsində birləşirlər.

"İctimai birliklər bu prosesdə könüllü fəaliyyət, informasiya yaymaq, aztəminatlı ailələrə dəstək, ətraf mühitin mühafizəsinə diqqət edərək və yerli icmalarla əməkdaşlıq edərək aktiv ola bilərlər. Eyni zamanda, QHT-lər sosial və psixoloji dəstək göstərə, tibb müəssisələrinin bərpasında iştirak edə və müxtəlif sosial layihələr həyata keçirə bilərlər. Onlar həmçinin bərpa işlərində ekoloji standartlara riayət olunmasına və ətraf mühitin sağlamlaşdırılmasına nəzarət edə bilərlər”.

 

Pərvanə Fərhadqızı