“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid Müşfiq Nəsirovun mövlud günü ilə bağlı paylaşım edib.
QHT.az xəbər verir ki, şəhidin məzarı ziyarət olunub, ailə üzvləri və yaxınları onun xatirəsini anıblar. Məzarı üzərinə gül dəstələri qoyulub, dövlət bayrağımız dalğalanıb.
Qeyd edək ki, 2002-ci il sentyabrın 4-də Quba rayonunun Suxtakələ kəndində anadan olan Müşfiq Nəsirov 2008-ci ildə kənd məktəbinə gedib. Məktəb illərindən hərbiyə maraq göstərən Müşfiq ən böyük arzusunun hərbçi olmaq olduğunu ailəsi ilə bölüşüb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisasına qəbul olunub. O, 2020-ci il oktyabrın 1-də hərbi xidmətə yollanıb. 2021-ci il dekabrın 21-də komandirinin döyüş təminatı ilə bağlı tapşırığını icra edərkən qəhrəmancasına şəhid olub və dekabrın 22-də doğulduğu kənddə dəfn edilib.
Şəhid Müşfiq Nəsirov ailənin ən kiçik övladı idi.
Şəhidimizin ruhuna Allahdan rəhmət, ailəsinə səbir diləyirik.






