“Dövlət qurumlarının ictimai şuralar, eləcə də media nümayəndələri ilə sıx əməkdaşlığı hər birimizin həyatına neqativ təsir edə bilən hallara qarşı mövqe sərgiləmək, koordinasiyalı fəaliyyət göstərmək, yeni təşəbbüslərlə çıxış etmək və ictimai fəalların dövlətin sosial-siyasi həyatında rolunu artırmaq baxımından vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir”.

QHT.az xəbər verir ki, bu sözləri “İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.