Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin İdarə Heyətinə (İH) sədr əvəzi təyin olunub.

 QHT. az  report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik İH-nin üzvü İsi Mustafayevə həvalə edilib.

 

Xatırladaq ki, "Azərpoçt"un sədri Əfqan Cəlilov vəzifəsindən azad olunaraq nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin edilib. Ona müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə olunub.