Avqustun 17-də 60 saylı Quba- Qusar Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Hüseynov Qubanın Aşağı Xuc kənd seçiciləri ilə görüş keçirib.
QHT.az xəbər verir ki, Ayaz Hüseynov kəndin ağsaqqalları ilə görüş zamanı özü haqqında məlumat verdi və kəndin problemləri ilə tanış oldu.
Ağsaqqallarla səmimi söhbət və kəndə baxış zamanı bildirildi ki, son iki ildə kəndlilərin su təhcizatında heç bir çətinlik yoxdur. Lakin kənddə bir sıra çatışmazlıqlar mövcuddur. Belə ki, Aşağı Xuc kəndinin tibbi məntəqəsinin və klubunun bərpasının zəruriliyi, işıq dirəklərinin yenilənməsi, məişət tullantıların atmağa yerin olmaması və ən əsası kənd məktəbinin isidilmə sisteminin olmaması bildirildi.
Mövcud çətinliklər qeydə alındı və təkliflər formasında aidiyyəti qurumlara təqdim olunacaq.












