Avstriyada Alp dağlarında "Lech Zuers" xizək zonasında baş verən qar uçqunu fəlakətində qar altında qalan 10 nəfər xilas edilib.
QHT.az xəbər verir ki, Avstriyada məşhur qış idmanları mərkəzində dünən günorta radələrində baş verən uçqun fəlakətində 10 nəfər qar altında qalıb.
Polisdən verilən açıqlamada, çox sayda helikopter, axtarış itləri və xilasetmə qruplarının iştirak etdiyi axtarış işləri çərçivəsində təhlükədə olan 10 nəfərin xilas edildiyi bildirilib.
Qar uçqunun "Lech/Zuers" xizək zonasında 2700 metr hündürlükdə düşdüyünü qeyd edən polis, "Son məlumatlara görə, daha çox itkin düşənlərin olduğunu düşünmürük" dedi.
Qeyd edək ki, sağ qalanların kimliyi açıqlanmayıb.












