Serbiyanın cənub-şərqində yerləşən Pirot şəhərində Niş-Dimitrovqrad dəmir yolu xəttində ammonyak daşıyan yük qatarı relsdən çıxıb.
Aşan vaqonda sızma səbəbindən 51 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Serbiya dövlət televiziyası xəstəxanaya yerləşdirilən bir nəfərin öldüyünü açıqlayıb.
Dünən axşam radələrində baş verən qəzadan sonra səlahiyyətlilər bölgə əhalisinə evdən çıxmamaq barədə xəbərdarlıq edib.
Sızma səbəbindən Bolqarıstana gedən beynəlxalq magistralda görmə məsafəsinin azalması çoxlu qəzalara səbəb olub. Milad bayramı ilə əlaqədar nəqliyyatın sıx olduğu yolda polislər nəqliyyat vasitələrini alternativ yollara yönəldib.












