Noyabrın 25-də Hüquqi tədqiqat şöbəsinin müdiri Gülnaz Ələsgərova Avropa Şurasının Bakı Ofisində keçirilən tədbirdə “Azərbaycanda uşaqlara qarşı onlayn cinsi istismarın və sui-istifadənin qarşısının alınması və belə hallar ilə mübarizə sahəsində qanunvericiliyin, siyasətlərin və təcrübələrin təhlili” mövzusunda təqdimatla çıxış edib.
QHT.az xəbər verir ki, çıxış zamanı o, maddi cinayət qanunvericiliyin və cinayət-prosessual qanunvericiliyin müvafiq müddəalarını təhlil edərək, bu sahədə hüquqi mexanizmlərin tətbiqi üzrə mövcud vəziyyəti qiymətləndirib. G.Ələsgərova həmçinin Azərbaycanın Lansarote Konvensiyasına qoşulmasından sonra ölkədə uşaqların müdafiəsi sahəsində qanunvericilik və dövlət siyasətində əldə olunan irəliləyişləri xüsusi vurğulayıb.
Şöbə müdiri Lansarote Komitəsinin rəy və tövsiyələrində əks olunan aktual məsələlərin milli qanunvericiliyə implementasiya olunması üçün bir sıra təkliflər təqdim edib və bu istiqamətdə hüquqi çərçivənin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edib.












