Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi başa çatıb. On vətəndaş cəmiyyəti nümayəndəsinin İctimai şurada təmsil olunmaq üçün namizədliyi təsdiq olunub. Seçkilər zamanı bunlardan yalnız 7 namizədin seçilməsi nəzərdə tutulub.

 

ANAMA İctimaiyyətlə əlaqələr və mətbuatla iş bölməsinin məlumatına görə namizədliyi irəli sürülmüş şəxslər minatəmizləmə, minadanzərəçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadanzərəçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər.

 

Səs vermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti qurumları nümayəndələri 12 avqust 2023-cü il tarixinə kimi aşağıda qeyd olunmuş sənədləri [email protected] e-mail ünvanına təqdim edə bilərlər:

 

- Şəxsiyyət vəsiqəsinin surəti;

 

- İşçi vəsiqəsinin surəti;

 

- Dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.

 

 

 

ANAMA yanında İctimai şuraya seçkinin 22 avqust 2023-cü il tarixdə Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) keçirilməsi nəzərdə tutulub.    

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslər

 

 

 

 

 

Təmsil olunduğu vətəndaş cəmiyyəti

 

1Cəfərov Nadir Həbib oğlu

“Çıraq” Humanita və İnkişaf İctimai Birliyi

2Əzimzadə Hafiz Səlim oğlu

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi

3Həsənov Emil Möhtəbər oğlu

“İnkişafa və islahatlara dəstək” İctimai Birliyi

4İsrafilov Yunis Vüqar oğlu

“Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyi

5Mehdiyev Rəşad Azad oğlu

“Gilavar Foto Klubu” İctimai Birliyi

6Mərcanlı Musa Fehruz oğlu

İRS-Heritage jurnalı

7Mirzəyev Umud Rəhim oğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondu

8Qasımov Rey Kərim oğlu

“Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi

9Səfixanov Hafiz Mərkəz oğlu

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi

10Şirvanzadə Emin Şirvanəli oğlu