Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.

 

QHT. az avtosfer.az -a  istinadən xəbər verir ki,  Bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib.

 

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Aİ-nin beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq.

 

Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq. (apa)