Alimlər, həm sərt, həm də elastik olan, öz orijinal formasını bərpa edə bilən unikal bir material olan "şüşə gel" yaratdılar. Bu yeni materialın yarı maye olmasına baxmayaraq, məhv edilməsi çətindir və adi plastikdən daha səmərəli elektrik keçiricisidir.

QHT.az xəbər verir ki, şüşə gel, polimer prekursorlarını ion maye ilə qarışdıraraq və ultrabənövşəyi radiasiya ilə sərtləşdirilərək əldə edilib. Material, öz orijinal ölçüsünün beş qatına qədər uzana və istilik təsiriylə əvvəlki formasını bərpa edə bilər. Eyni zamanda, yüksək yapışqanlıq və gücə malikdir.

Alimlər hesab edirlər ki, bu material istehsalda geniş tətbiq oluna bilər, məsələn, akkumulyatorların istehsalı və 3D çapda istifadə edilə bilər.

 

Pərvanə Fərhadqızı