Survivor All Star 2024 həyəcanı başladı.
QHT.az xəbər verir ki, Acun Ilıcalı yarışmaya qatılan ilk adı açıqlayıb. Belə ki, prodüserliyi və aparıcılığını Acun Ilıcalının etdiyi Survivor All Star 2024 yarışmasında iştirak edəcək ilk ad bəlli olub. Survivor All Star 2024 formatında nümayiş olunacaq yarışmada keçmiş çempion Nihat Altınkaya iştirak edəcək.
Qeyd edək ki, Survivor All Star 2024-ün ilk iştirakçısı Nihat Altınkaya sosial media hesabında paylaşım edib. O, çempiondur. 2012-ci ildə Survivor-u qazanmışdı.
Pərvanə Fərhadqızı












