ABŞ Prezidenti Donald Tramp administrasiyası ABŞ-nin ictimai sağlamlıq və yoluxucu xəstəliklərin qarşısının alınması üzrə aparıcı dövlət qurumu olan CDC-nin beynəlxalq səhiyyədəki rolunu xeyli azaldıb. İndi isə agentliyə rəhbərlik etmək üçün doktor Erika Şvarts namizəd göstərilib. Lakin onun Senat tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi hələ bəlli deyil.
QHT.az xarici mediaya istinadən bildirir ki, CDC-nin keçmiş direktoru Tom Friden bildirib ki, agentlik minlərlə əməkdaşını itirib və yanlış məlumatların yayılması səbəbindən ciddi çətinliklərlə üzləşib. Onun sözlərinə görə, Şvarts təsdiqlənərsə, əsas vəzifəsi CDC-yə olan etimadı bərpa etmək və qurumun beynəlxalq səhiyyədəki rolunu yenidən gücləndirmək olacaq.






