QHT.az xəbər veri ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva Report.az-a açıqlamasında hər hansı QHT-nin neçə müsabiqədə iştirak edə biləcəyini açıqlayıb

"QHT-lər hər 5 istiqamət üzrə sərbəst şəkildə istənilən müsabiqə növünə - kiçik, orta və böyük qrant müsabiqələrinə layihələr təqdim edə bilər. Ancaq hər 3 müsabiqə növü üzrə də layihə təklifi uğurlu olarsa, Agentlik onlardan yalnız 1-ni maliyyələşdirə biləcək. Bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla tənzimlənir. Doğrudur, mövzu və müsabiqələrə müraciət etmək üçün seçim tam geniş olsa da, tövsiyə edirik ki, QHT fikrini qətiləşdirsin, yaxşı olardı ki, ən çox qalib gəlmək şansı olduğu mövzuya və müsabiqə növünə müraciət etsin. Başqa sözlə, həm kiçik, həm orta, həm də böyük qrant müsabiqəsinə müxtəlif layihələr təqdim etməsinə məhdudiyyət olmasa da, bu layihələrdən yalnız 1-nin maliyyələşdirilməsi perspektivini nəzərə alıb, 1-i üzərində işini qursa, daha keyfiyyətli və şanslı layihə ortaya çıxa bilər. O da diqqətdən qaçırılmamalıdır ki, bu dəfə yaradılan yeni imkanlar nəticəsində müraciətlərin sayında xeyli artım gözlənilir, rəqabət şəraiti də yüksək olacaq."