Xəbərlər 18.06.2025 18:32 53

Qənaətli ailə büdcəsini necə qurmaq olar?

Mövzuya başlamazdan əvvəl qeyd edək ki, ailə  büdcəsi sizin gəlir və xərclərinizə nəzarət mexanizmindən ibarət bir cədvəldir. Bunun ən sadə variyantı bacardığınız qaydada gəlir və xərclərinizi hər hansı bir vasitə ilə yazaraq qeyd etməkdir. Sizə necə rahatdirsa o formada da ailənizə daxil olan pulu və xərclədiklərinizi yazın. Ayın sonunda isə baxıb görün nəyə nə qədər xərciniz çıxıb və bu xərclərin hansı sizin üçun fayda gətirib, hansı səmərəsiz olub. Yəni qeydləriniz o qədər aydın olmalıdır ki, siz onları müqayisə edə biləsiniz. Bu müqayisələrdən nəticə çıxarandan sonra səmərəsiz xərclərın ixtisarı üçün götür-qoy etmək lazımdır. Sonda nəticəyə gələrək səmərəsiz xərclərin bir qismini və ya hamısını ixtisar etməlisiniz. Elə səmərəsiz xərclər var ki, bu insanın iradəsindən asılı məsələdir. Amma elə xərclər də var ki, bu sadəcə məsuliyyətsizlikdən və ya səhlənkarlıqdan yaranır. Məsələn, siqaret və ya alkaqollu içkilərə çəkilən səmərəsiz xərclərin azaldılmasında və ya aradan qaldırılmasında sizin iradəniz daha çox rol oynayacaq. Çünkı siqaret çəkməyi və alkaqollu içkilər qəbulunu tərgitmək belə vərdişlərı olmayan insanlar üçün asan məsələ kimi görünsə da, bu hamı üçün o qədər də asan deyil. İnsan bundan ötrü iradəsini otraya qoymalıdır. Nəticədə adam həm sağlamlığına qovuşa bilər, həm də səmərəsiz xərclərinin ixtisar edilməsinə nail olar. 

İşıq, su və qaz xərclərini azaltmaq üçün ailə üzvlərinin məsuliyyəti əsas şərtdir. Lazımsız yerə işığı, suyu və qazı sərt etməsək bu xərclərə də qənaət edə bilərik. Bundan əlavə bazarlıqlarınıza və digər alışlarınıza da diqqətlə yanaşın və səmərəsiz xərc elementlərini tapıb ixtisar edin. Bu baxımdan ailə büdcəsini planlaşdırmaq sizin üçun bir qədər çətin və mürəkkləb görünə bilər, lakin maddi vəziyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə, bundan başqa yol yoxdur. Bu gün biz sizinlə xərcləri azaltmağa və lazımsız fəsadlar olmadan pulu səmərəli idarə etməyə kömək edəcək praktiki məsləhətləri bölüşəcəyik. Həm də sizə əlavə sərmayə sərf etmədən pulun necə passiv gəlir gətirməsini izah edəcəyik.

Nəyə görə evdə mühasibat uçotu aparmaq lazımdır?

Ev təsərrüfatlarının hesabını aparmaq darıxdırıcı və çətin görünə bilər. Xüsusən də bir çox müxtəlif növ məsuliyyətləriniz olduqda bu bir qədər pisxoloji üzüntü yaradır. 
Doğrudur, siz əvvəlcə özünüzü gəlir və xərclərinizin hesabını aparmağa məcbur etməli olacaqsınız. Ancaq bu həqiqətən dəyərlidir və bir-iki ay ərzində həyatınızda əsl fərqi görəcəksiniz.
Birincisi, ev uçotu ailə büdcəsinin vəziyyəti haqqında aydın bir fikir yaranacaq. Gəlir və xərclərin uçotu dəqiq olaraq nə qədər pulunuz olduğunu, nə qədər xərcləndiyini və nə qədər qaldığını göstərəcək. Bu mərhələdə bir çox insanı şok edici kəşflər gözləyir. Məsələn, aydınlaşdıra bilərsiniz ki, səndemə sizin maaşınızın üçdə biri şirniyyata xərclənirmiş. 
Bu yerdə vacib bir arayış verək ki, hazırda dünyanın şırniyyat sənayesində zərərli  yağlar (süni yağ olan marqarin, palma və trans yağlar), şəkər, qida ağardıcısı (əsasən titan-2-oksid) və digər kimyəvi dadlandırıcılardan (əsasən çin duzundan) istifadə edilir. Bütün bunlar isə insan orqanizmi üçün olduqca zərərlidir. Ona görə də sizin birinci ixtisar etməli olduğunuz xərclər sırasının başında gələni şirniyyata sərf edilən vəsaitlərdir. Çünki bu xərc maddəsi kifayət qədər pul aparsa da, o həm də orqanizminizdə xəstəliklər yaratmaqla sizi əlavə xərcə sala bilər.
İkincisi, evdə uçotun köməyi ilə ailə xərclərini idarə etmək daha da asandır. Pulun hara getdiyini dəqiq bilməklə, lazımsız xərclərdən imtina edə biləcəksiniz. Beləliklə, ailə heç bir başqa cəhd göstərmədən əlavə vəsait əldə edəcək.

Üçüncüsü, pula səriştəli yanaşmaq, borcları və kreditləri daha tez bağlamağa kömək edəcək. Maliyyə uçotu artıq hansı məbləğləri ödədiyinizi və  büdcənizdə nə qədər sərbəst vəsaitin qaldığın aydın şəkildə göstərəcək. Lazımsız ödənişlər etmədən pul vəsaitlərini yenidən bölüşdürə, borcları və kreditləri daha tez bağlaya biləcəksiniz.
Dördüncüsü, daha çox pul toplaya biləcəksiniz. Maliyyə vəziyyətiniz qaydasında olduqda, qarşıya məqsəd qoymaq və onlara nail olmaq daha asandır. İndi biləcəksiniz ki, “bir gün pulunuz olanda” deyil, planlaşdırdığınız vaxtda istirahətə və ya müalicəyə gedə, ev təmir elətdirə, avtomobil ala və ya səyahətə çıxa bilərsiniz. Maliyyə uçotunun əsas  açar məqamı - gəliri elə bölüşdürmək lazımdır ki, bütün vacib xərclər balanslı şəkildə ödənilsin. 

Kritik dövrdə vacib xərclər içərisində də ixtisar edilə bilənləri seçmək olar.
Məsələn, hər hansı bir səbəbdən maliyyə vəziyyətiniz gərginləşibsə, bu il yay və ya qış mövsümünü ötən ilki nimdaş geyimlərlə də ötüşdürə bilərsiniz. Amma qida, təhsil və müalicə xərcləri kimi xərclərə toxunmaq olmaz.

Ailə büdcənizi necə sabit saxlamaq olar?

Söhbət qənaətə gəldikdə, bir çox insanlar ciddi məhdudiyyətlər təsəvvür edirlər. Amma bu lazım deyil. Vərdişlərinizi dəyişmədən də gündəlik xərclərinizi azalda bilərsiniz. Əsas xərc kateqoriyalarında qənaət etməyin yolları ilə bağlı ekspert məsləhətləri buradadır.

Qida

Ərzaq adətən büdcənizin böyük hissəsini tutur, ona görə də optimallaşdırmağa buradan başlamalısınız. Statistikaya görə Azərbaycan əhalisi gəlirlərinin 70 faizini ərzağa və sair gündəlik tələbat mallarına xərcləyir. 
Narahat olmayın, pula qənaət etmək üçün ucuz və keyfiyyətsiz məhsullar almalı olmayacaqsınız, lakin burada edə biləcəyiniz əsas məsələ aşağıdakılardır.

Axşam saatlarında boş soyuducunun qarşısında dayanmamaq üçün qida menyusunu əvvəlcədən planlaşdırın. Belə bir vəziyyətdə, bir kafedən impulsiv alış və ya sifarişlərdən qaçmaq mümkün deyil. Çünki aclığı ötüşdurmək fizyaloji tələbardır. Acsınızsa küçədə dönərxananın yanından keçərkən ona diqqət yetirmədən keçmək mümkun deyil. Dönəcəksiniz və bir neçə manata zərərli qida ilə mədənizi dolduracaqsınız. Bu artıq həm sizin orqanizminizə, həm də cibinizə zərərdir. Ona görə də evdə mütləq ərzaq ehtiyatının olmasını təmin etmək vacibdir. 

Tez xarab olan ərzaqları az-az, həftədə iki-üç dəfə almaq olar. Hər dəfə də bu xərclərin cəmini mütləq öz cədvəlinizdə qeyd edin.

Müfəssəl bazarlıq siyahısı hazırlayın. Burada əsas məsələ yalnız alacağınız hər şeyi yazmaq deyil, həm də vacib məsələ plana - tərtib edilən bazarlıq siyahısına ciddi riayət etməkdir. Bu da sizin iradənizdən asılı olan məsələdir. İradəniz güclüdürsə heç bir marketinq strategiyasına məhəl qoymadan yalnız sizə lazım olanı malları alıb, qısa zaman kəsiyində ticarət mərkəzini tərk edəcəhsiniz. Yox əgər iradəniz zəifdirsə və cibinizdə yetərincə pul varsa, sizə lazım olmayan xeyli məhsul alacaqsınız - araba dolmayana qədər marketdən çıxmayacaqsınız. Məhsulların ağırlığını marketdən çıxana qədər hiss etməyəcəksiniz. Marketoloqlar arabanı məhz bunun üçün düşünüb, tapıblar. Səbət ağırlığı hiss etdirir, arabada isə belə bir problem yoxdur. 50 kq ərzaq yükləsəniz də araba bir toxunuşla hərəkət edəcək və bu sizin xoşünuza gələcək. Yalnız aldığınız malı torbaya yığıb marketdən çıxanda düşünürsünüz ki, bu ağırlıqda məhsulu evə kim daşıyacaq? Gərək bu qədər almayaydım... 

Lakin artıq gecdir, amma bundan ibrət də götürmürsünüz. Növbəti dəfə yenə eyni şey təkrar edilir. Yenə siz az almaq qənaətinə yalnız iş-işdən keçəndən sonra gəlirsiniz. Beləcə, hər dəfə siz özünüz-özünüzə boş vədlər verir və hər dəfə də öz qarşınızda yalançı çıxırsınız. Yox əgər nəticə çıxarsanız, keçən dəfəkindən fərqli olaraq, ticarət mərkəzində qısa zaman çərçivəsində vaxt keçirib, yalnız siyahıdakı malları alsanız, lazımsız mallarla səbəti doldurmasanız, müvəffəqiyyət sizinlə olacaq.

Endirimlər və güzəştlərin vaxtını öyrənin. Hər dəfə aldığınız adi məhsul bu gün daha ucuz ola bilər, bunun üçün ehtiyat toplayın. Məsələn, hər gün istifadə edilən tualet kağızı bu gün əvvəlkindən iki dəfə ucuz ola bilər. O zamab birinin əvəzinə ikisini, üçünü almağa dəyər.

Eyni keyfiyyətli malları ucuz qiymətlərə satan mağazaları seçin. Çox vaxt eyni məhsulun dəyəri müxtəlif pərakəndə satış şəbəkələrində kəskin dəyişir. Kiçik yemək köşklərini nəzərdən qaçırmayın, onların da maraqlı təklifləri olur.

Həftə sonu alış-verişin əvəzinə ərzaq çatdırılmasından istifadə edin. Mağazada olduğunuz zaman əlavə əşyalar sanki səbətinizə tullanır. Öz evinizə yaxın olan yerlərdən sifariş verməyə çalışın - beləliklə siz müştəriləri gördükləri hər şeyi almağa məcbur edən marketoloqların hiylələrindən qaçacaqsınız. Ərzaq almaq vərdişinizi kökündən dəyişməyi məsləhət görmürük. Tanış şeylərdən imtina etmək mənfi emosiyalara səbəb olacaq və siz tez bir zamanda hesab aparmağı dayandıracaqsınız. Buna görə satınalmaları sadəcə optimallaşdırmaq kifayətdir.

Xidmətlər

Lazımsız abunələrdən və xidmətlərdən xilas olun. Aylıq ödənişlərinizi, məsələn, onlayn xidmətlər, mobil rabitə, İnternet və TV arasında müqayisəli təhlil aparın. Bəlkə də nadir hallarda istifadə etdiyiniz xidmətləri daha ucuzdur, bəlkə sizin üçün alternativləri ilə əvəz edə biləcəyiniz əlavə abunə təkliflər mövcuddur. Varsa fikirləşmədən dəyişin.
Digər tərəfdən, bir çox insanlar vərdiş olaraq yüzlərlə kabel kanalı üçün pul ödəyir, baxmayaraq ki, onlar televizoru yalnız Yeni il ərəfəsində yandırırlar. Elə isə bu kanallara görə pul ödəməyə nə ehtiyac var?

Əyləncə

Tətilinizi və əyləncənizi planlaşdırın. Məsələn, tətiliniz üçün əvvəlcədən bilet və otel bron etmək xeyli ucuz başa gəlir. Şəhərinizdə baş verən pulsuz tədbirlər haqqında məlumat əldə edin. Tematik yarmarkalar, yemək festivalları, yarışlar və ya qrup velosiped yarışları kimi idman fəaliyyətləri indi məşhurdur. Bundan əlavə, bütün əsas bayramlar üçün pulsuz tədbirlər keçirilir. İzləyib həmin tədbirlərdə iştirak etmək sizə qazandırar 

Gündəlik həyat

Kommunal xidmətlərə qənaət edin. Evinizin elektrik, qaz, istilik və su istifadəsinə çox diqqət yetirin. İstifadə edilmədikdə otaqlarda işıqları söndürün, termostatları tənzimləyin, enerjiyə qənaət edən lampalar və cihazlar istifadə edin, onları isə lazım olanda elektrik şəbəkəsinə qoşun. İşləmədiyi dövrdə elektrik şəbəkəsinə qoşulan məişət texnikası sizi bir neçə manat daha çox xərcə salacaq. 

Kreditlər

Bir kağız parçası götürün və verilən faiz dərəcələri ilə bütün kreditlərinizi yazın. Sizi ən çox xərcə salan borc əvvəlcə ödənilməlidir. Bütün mövcud olan sərbəst vəsaitləri ora yönəldin. Kredit ödənildikdən sonra rahatlaşmayın. Növbəti borcu vaxtından əvvəl ödəmək üçün eyni aylıq ödənişdən istifadə edin. Beləliklə, öhdəliklərinizi daha tez bağlayacaqsınız.
Unutmayın ki, hər qənaət edilmiş manat sayılır və bu sadə məsləhətlər ailə büdcənizi asanlıqla optimallaşdırmağa kömək edəcək.

Nəyə qənaət etməməlisiniz?

Xərclərinizi optimallaşdırmağa başlayanda, müxtəlif xoş və faydasız şeylərə xərclədiyiniz pulu ixtisar edin. Bəzən bu o qədər ruhlandırıcı olur ki, insanlar həyəcanlanır və hər şeyə qənaət etməyə başlayırlar. Bu tələyə düşməyin və xərclərinizi çox azaltmayın. Bəzi sahələrdə büdcənizi məhdudlaşdırmaq xeyirdən çox zərər verə bilər.

Heç vaxt qənaət etməməli olduğunuz xərc maddələri aşağıdakılardır.

Qida keyfiyyəti olmalıdır

Artıq yuxarıda qeyd etdik ki, sağlam ərzaq almaq lazımdır. Fast-fooda qənaət edə bilərsiniz, lakin əsas menyu təzə və yüksək keyfiyyətli məhsullardan ibarət olmalıdır. Əks halda, mədə-bağırsaq traktınızı uzun müddət və baha qiymətə müalicə etməli olacaqsınız.

Sağlamlıq

Pula qənaət etmək üçün həkimə getməyi və ya lazımi dərmanları almağı təxirə salmayın. Özünüz bilirsiniz ki, sağlamlıq ən vacib şeydir, burada müzakirə ediləcək bir şey yoxdur. Sağlamlığınızın qayğısına xəstələnməzdən əvvəl qalın ki, buna daha az xərciniz çıxsın. Hər bir yüngün problen hansısa xəstəliyin başlanğıcıdır - siqnalıdır. Siz ona dərhal reaksiya verməlisiniz - müalicə olunmalısınız.

Təhsil

Bu, gələcək üçün ən mühüm investisiyalardan biridir. Qazandığınız biliklər yeni imkanlar açır və bir mütəxəssis kimi sizə tələbatı artırır. Təhsilə qoyulan hər bir manat yatrım sizə 10 min manat qazandıra bilər.

Maliyyə təhlükəsizliyi

“Təhlükəsizlik yastığına” pul qoymağa davam edin, qənaət edin, özünüzü və əmlakınızı sığortalayın. Bu xərclər maliyyə planlaşdırmasının bir hissəsidir və onları kəsmək olmaz.
Bu sahələr ailənin rifahı üçün vacibdir. Onlara ağılla investisiya edin və lazım olanda pul xərcləyin. Ağıllı qənaət hər şeydə özünüzü məhdudlaşdırmaq deyil, xərcləməyə ağlabatan yanaşmadır.

Büdcənizi başqa necə optimallaşdıra bilərsiniz?

Əgər siz artıq qənaət etməyi öyrənmisinizsə, növbəti mərhələyə keçməyin və gəlirinizi necə artıracağınızı düşünməyin vaxtıdır. Bu, həm məqsədinizə daha tez çatmağınıza, həm də qənaət etməyinizə imkan verəcək. Biz sizə işinizi daha yüksək maaşlı işə dəyişməyi və ya part-time iş tapmağı məsləhət görməyəcəyik. Bu cür ciddi qərarlar ailə büdcəsinin optimallaşdırılması ilə bağlı deyil və o qərarlar daha geniş düşünülmüş şəkildə qəbul edilməlidir. Həyatınızda heç bir ciddi dəyişiklik etmədən əlavə gəlir əldə etməyə kömək edəcək bəzi məsləhətlər verəcəyik.

Mövcud dəstək tədbirləri haqqında məlumat əldə edin. Bir çoxları onların haqqı olan müavinətlər üçün müraciət etməyə hazır deyillər, çünki onlar sənədlərin arxasınca qaçmağa tənbəllik edirlər. Ancaq indi hər şey sadələşdirilib və ASAN xidmətdə bir neçə dəqiqə ərzində ərizə təqdim edilə bilər. Məsələn, ola bilsin ki, sizin ünvanlı dövlət sosial yardımı almaq hüququnuz var. Onlar haqqında daha çox məlumat əldə edin və  vaxt itirmədən müraciət edin.

Ehtiyat pulunuzu investisiya edin. Pulunuzu adi bank hesablarında saxlayırsınızsa, bu işləmir. Baxmayaraq ki, bu sizə əlavə gəlir gətirə bilər. Qiymətli kağızlara, qiymətli metallara və ya digər maliyyə alətlərinə investisiya etməyi düşünün. Beləliklə, əmanətləriniz işləyəcək və siz passiv gəlir əldə edəcəksiniz.

Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı