Xəbərlər 22.04.2025 00:15 35

Paşa Pay MilliÖn ödəmə sistemində Mediasiya Şurasına ianə bölməsi istifadəyə verilib

Mediasiya Şurası nağdsız hesablaşmaların qarşısını almaq, mediasiya təşkialtlarına olan ilkin və tam mediasiya xərclərinin mediasiya təşkilatlarının hesablarına köçürmənin asanlaşdırılması məqsədi ilə Paşa Pay ödəmə sistemi ilə uğurlu əməkdaşlıq edir. Eyni zamanda bu günədək Mediasiya Şurasına mediatorların üzvlük haqlarının ödənilməsi də qeyd edilən sistem üzərindən MilliÖn aparatları və MilliÖn onlayn sistemi üzərindən həyata keçirilir.

QHT.az xəbər verir ki, qeyd edilən əməkdaşlıq öz səmərəli nəticələrini göstərməklə ödənişlər sahəsində şəffaflığın təmin edilməsi ilə bağlı vətəndaş məmnunluğuna müsbət təsir edir. Belə ki, mediasiya təşkilatlarına ödənilən ödənişlərdə vətəndaşların ad, soyad, ata adı, FİN nömrəsi və mediasiya təşkilatında baxılan işin nömrəsi də qeyd edilir.

Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunundan və öz Nizamnaməsindən irəli gələn məsələlər üzrə ianələr hesabına mediasiya institutunun inkişafı sahəsində fəaliyyətini daha da təkmilləşdirmək məqsədi ilə qeyd edilən resursda ianə bölməsi də yaradılmışdır. MilliÖn aparatlarında istər onlayn, istərsə də fiziki formada ödənişlər daxil olduqda "Mediasiya xidməti" pəncərəsinə daxil olub, "Mediasiya Şurası" bölməsinə daxil olmaqla mediatorlar üzvlük haqqını, vətəndaşlar isə ayrıca bölmədə göstərilən ianə ödəyə bilərlər. İanələrin toplanmasında əsas məqsəd Mediasiya Şurası tərəfindən hazırlanan, amma maddi çatışmazlıq üzündən hələ də istifadəyə verilə bilməyən elektron mediasiya platformasının saxlanma xərclərini təmin etməkdir. Qeyd edilən ianələr mediasiya sahəsinin elektronlaşması istiqamətinə istifadə ediləcək. Elektron və avtomatlaşdırılmış mediasiya xidmətləri isə istər mediasiya xidmətlərinin keyfiyyətinin artırılması, istərsə də vətəndaş məmnunluğu sahəsində çox mühüm rol oynayacaq.

Öncədən Mediasiya Şurasına dəstək olacaq bütün vətəndaşlarımıza dərin təşəkkür edirik.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı