"Heydər Əliyev ana dilinin saflığına xüsusi önəm verirdi" – Komitə sədri
“Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu”.
Bu sözləri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması haqqında məsələyə münasibəti ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib. O, bildirib ki, böyük dövlət adamı Heydər Əliyevin şəxsi səyləri nəticəsində Azərbaycan dili dövlət dili statusu qazanmaqla dilimiz böyük inkişaf yolu keçib. Eyni zamanda ilk dəfə məhz Heydər Əliyev Azərbaycan dilinin inkifaındakı xidmətlərinə görə bir qrup alimə dövlət mükafatı vermişdir. Bu addım özü də Azərbaycan dilinin qorunmasına xidmət edirdi.