Xəbərlər 01.07.2025 16:49 33

“Sosial bacarıqlar” mövzusunda təlimlər  keçirilib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan Könüllülük Proqramının “Sosial fəaliyyətlər ayı” çərçivəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən könüllülər üçün təlimlər başa çatıb.

QHT.az xəbər verir ki, Qazax rayonunda Lalə Quliyeva tərəfindən “Sosial bacarıqlar” mövzusunda keçirilən təlimdə iştirakçılara sosial münasibətlərdə düzgün ünsiyyətin qurulması, empatiya və komandada işləmək bacarığı barədə ətraflı məlumat verilib.

Sonuncu təlim isə Kənan Səmədov tərəfindən “Sosial bacarıqlar və davranış qaydaları” mövzusunda təşkil olunub. Təlim iştirakçıları ictimai yerlərdə etik davranış, qarşılıqlı hörmət, müxtəlif sosial situasiyalarda adaptasiya və pozitiv davranış modelləri haqqında məlumatlandırılıb.

Qeyd edək ki, təlimlər “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinə cəlb olunmuş yeni könüllülərin sosial bacarıqlar mövzusunda yeni biliklərə yiyələnməsini və inkişafını təmin etmək məqsədilə keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı