“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.
QHT.az xəbər verir ki, yaxın vaxtlarda bu Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub. Bu mövzuda təqdimat edilib, icra olunan məşğulluq proqramları barədə məlumat verilib.
İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığı və əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı və Agentliyin digər fəaliyyət istiqamətləri üzrə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.