Xəbərlər 02.07.2025 11:49 111

Kübra Ələkbərova: "Polis və QHT-lər arasındakı əməkdaşlıq sosial ədalətə və ictimai etimada xidmət edir"

"Bu gün Azərbaycan polisinin yaranmasının 107-ci ildönümünü qeyd edərkən, hüquq-mühafizə orqanları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bizim təşkilat, genderəsasli zorakiliq qurbanlarına yardım mərkəzi və sığınacaq xidməti göstərən QHT olaraq, Daxili İşlər Nazirliyinin xüsusilə Din və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə sıx əməkdaşlıq edir".

Bu sözləri QHT.az-a açıqlamasında “Təmas” Regional İnkişaf İctimai Birliyinin həmsədri Kübra Ələkbərova bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq ilk növbədə insan alveri və məişət zorakılığı qurbanlarının müdafiəsi və onların cəmiyyətə reinteqrasiyasına yönəlib:

"Əməkdaşlığın əsas istiqamətləri bunlardır:

  • Qurbanların operativ aşkarlanması və yönləndirilməsi,
  • QHT-lərin təqdim etdiyi psixoloji və hüquqi yardımların koordinasiyası,
  • Maarifləndirmə və qabaqlayıcı tədbirlər sahəsində birgə layihələrin həyata keçirilməsi".
  •  


 

Kübra Ələkbərova həmçinin bildirib ki, polis əməkdaşlarının insan hüquqlarına həssas yanaşması, xüsusilə qadın və uşaq qurbanlara qarşı davranış etikası baxımından QHT-lərlə mütəmadi təlimlər və müzakirələr çox faydalıdır. Eyni zamanda, QHT-lər cəmiyyətin ehtiyaclarını birbaşa müşahidə etdiyi üçün polis strukturlarına bu barədə geribildirim verir, bu da onların müdaxilə mexanizmlərinin daha effektiv olmasına töhfə verir:

"Bu əməkdaşlıq nəticəsində:

Daha çox insan təhlükədən xilas olunur,

Cəmiyyətin hüquqi savadlılığı artır,

Qadınlara və uşaqlara qarşı zorakılığa qarşı ictimai həssaslıq güclənir.


QHT-lərlə polis arasında qarşılıqlı hörmət və peşəkar dialoq platformalarının möhkəmlənməsi, həm sosial ədalətə xidmət edir, həm də cəmiyyətin dövlətə olan etimadını artırır. Bu səbəbdən bu əməkdaşlığın davamlı inkişafı dövlət və vətəndaş cəmiyyəti üçün vacib strateji istiqamətdir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı