Xəbərlər 02.07.2025 13:37 42

Rauf Zeyni: "Azərbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayır"

"Bu gün Azərbaycan polisinin peşə bayramıdır və Azərbaycan polisinin 107 yaşı tamam olur", – deyə Bakı QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə müasir müstəqil Azərbaycanın dövlətçiliyi yolunda çox uğurlu və inamlı fəaliyyət həyata keçirir. Xüsusilə, ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunması sahəsində polisin xidmətləri böyükdür. QHT sədri kiber cinayətkarlığa qarşı mübarizədən narkomaniyaya, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə qədər bir çox sahədə görülən tədbirləri yüksək qiymətləndirib:

"Bu xidmətlər əlbəttə ki, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və mən düşünürəm ki, bu cür səmərəli və effektiv fəaliyyətin daha da gücləndirilməsi üçün, daha səmərəli və effektiv həyata keçirilməsi üçün bütün dövlət qurumları, o cümlədən ictimaiyyətlə, vətəndaş cəmiyyəti ilə Daxili İşlər Nazirliyi daha geniş və sıx əməkdaşlıq etməlidir. Bütün bu fəaliyyətlər hamısı koordinasiyalı şəkildə həyata keçirilsə, düşünürəm ki, o daha çox effekt və səmərə verə bilər. Bu illər ərzində biz də Daxili İşlər Nazirliyinin İctimai Şurası olaraq bir çox fəaliyyətlər həyata keçirdik, bir çox tədbirlərə imza atdıq və düşünürük ki, çox doğru etdik. Bu fəaliyyətin də effekti oldu, həmçinin Daxili İşlər Nazirliyinin fəaliyyətinin ictimailəşdirilməsi nöqteyi nəzərindən, eyni zamanda bir çox sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin təmin olunması, bütövlükdə xalqımızın, dövlətimizin ictimai asayişinin təmin olunması yolunda çox faydalı əməkdaşlıq oldu. Biz də bir çox faydalar verə bildik. Təbii ki, Daxili İşlər Nazirliyi də öz növbəsində İctimai Şuranın işinin təşkil olunması, ona ofis yerinin ayrılması, fəaliyyəti ilə əlaqədar olaraq nə imkan varsa, o şəraəti yaratdı".

Sonda Bakı QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovu və onun bütün heyətini 2 iyul – Polis Günü münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı