Heydər Əliyev Fondunun təşkilatçılığı ilə incəsənət festivalına start verildi - FOTO
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda incəsənət festivalına hazırlıq başlayıb.
QHT.az xəbər verir ki, “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.
Art Weekend üçün əsas element su seçilib və fəlsəfi, bədii, ekoloji baxımdan layihənin konsepsiyasının mərkəzində yer alacaq. Azərbaycanla yanaşı, digər ölkələrdən də tanınmış rəssam, kurator və incəsənət xadimlərinin iştirak edəcəyi Art Weekend festivalında yaradıcı şəxslər Bakıda bir araya gələrək, suyu yaradıcılığın hər növünə nüfuz edən bir güc və mövzu kimi araşdıracaq.