Xəbərlər 09.04.2025 16:00 163

İntellektual təhlükə: ChatGPT-yə heç vaxt deməməli olduğunuz 5 şey

Ona səhhətiniz və ya maddi durumunuz barədə məlumat verməməlisiniz.

QHT.az xəbər verir ki, OpenAI-nin ChatGPT süni intellekti gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və hər gün milyardlarla sorğu cavablandırılır. Lakin bu populyarlıq fonunda məxfilik və təhlükəsizliklə bağlı narahatlıqlar artır. İtaliya artıq ChatGPT-ni qadağan edib və bu, təsadüfi deyil – çünki istifadəçi məlumatları təlim məqsədilə istifadə edilə bilər, hətta insan nəzarətinə və ya digər istifadəçilərə açıqlana bilər.

Forbes ChatGPT-yə deməməli olduğunuz 5 əsas məlumat növünü sadalayıb:

  1. Qanunsuz və qeyri-etik tələblər – Bankomat sındırmaq, parol oğurlamaq kimi sorğular hüquqi nəticələrə səbəb ola bilər.

  2. Parollar və giriş məlumatları – ChatGPT parol saxlamaq və ya üçüncü tərəf hesablarına qoşulmaq üçün nəzərdə tutulmayıb.

  3. Maliyyə məlumatları – Kart nömrələri, CVC kodları və bank hesabları süni intellektlə paylaşılmamalıdır.

  4. Məxfi sənədlər – İş hesabatları və müştəri məlumatları kimi məxfi materiallar ChatGPT-yə ötürülməməlidir.

  5. Tibbi məlumatlar – AI tibbi mütəxəssis deyil və sağlamlıq məlumatlarınızın konfidensiallığı təmin olunmur.

Süni intellektə yazdığınız hər şeyi ictimai məlumat kimi qəbul edin. İnternetdə paylaşmağa hazır olmadığınız heç nəyi yazmayın. Hazırda qanunvericilik texnologiyanın inkişaf sürətinə çatmır, buna görə də məsuliyyət istifadəçinin üzərindədir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı