Xəbərlər 04.04.2025 10:40 213

Tramp ilk dəfə 5 milyon dollarlıq “qızıl kart” göstərdi

Bu kartı ABŞ-da yaşamaq və ya potensial olaraq vətəndaşlıq əldə etmək istəyən varlı şəxslər ala bilər.

QHT.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilk dəfə olaraq “qızıl kart” adlandırılan yeni sənədi ictimaiyyətə təqdim edib. Tramp “Air Force One” təyyarəsində jurnalistlərlə söhbətində bildirib ki, bu kart ABŞ-da daimi yaşamaq və vətəndaşlıq almaq hüququ verir. Yeni immiqrasiya sənədini əldə etmək istəyənlər üçün qiymət isə kifayət qədər yüksəkdir – 5 milyon dollar. Tramp bildirib ki, “qızıl kart”ın istifadəyə verilməsi iki həftədən də az müddətdə gözlənilir.

“5 milyon dollara o, sənin ola bilər... Olduqca həyəcanlı, hə?” – deyə Tramp jurnalistlərə öz şəkli olan kart nümunəsini göstərərkən vurğulayıb.

ABŞ Ticarət katibi Hovard Lutnikin sözlərinə görə, bu yeni proqram hökumətin mövcud EB-5 immiqrant investor viza proqramını əvəz edəcək. Tramp bu kartdan milyonlarla satılacağını proqnozlaşdırıb və vurğulayıb ki, bu təşəbbüs hüquqi baxımdan tamamilə qanunidir.

Rusiyalı oliqarxlara da bu kartın satılıb-satılmayacağı ilə bağlı suala isə Tramp belə cavab verib:
"Bəli, bu mümkündür. Mən çox gözəl insanlar olan bəzi rus oliqarxlarını tanıyıram."

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı