Yunanıstanda güclü yağışlar səbəbindən adalarda daşqınlar yaşanır
Yunanıstanın Kiklad adaları güclü yağışlarla müşayiət olunan şiddətli fırtınanın təsirinə məruz qalmaqda davam edir.
QHT.az xəbər verir ki, küçələrin su altında qaldığı və güclü su axınının park edilmiş avtomobilləri və daşları apardığı Paros adasında vəziyyət xüsusilə ağır idi, media xəbər verir.
Yunanıstanın "ProtoTema" qəzeti yazır: "Yunanıstan Siklad adalarında leysan yağışlarla müşayiət olunan güclü fırtına davam edir. Xüsusilə Paros adasında vəziyyət çətinləşib. Küçələri su basıb, su axınları park edilmiş avtomobilləri və qayaları yuyub aparır". Paros Bələdiyyə Başçısı Kostas Bizas, iki saat ərzində adaya güclü yağış yağdığını və bunun sel və dağıntılara səbəb olduğunu söylədi. Aprelin 1-də uşaq bağçaları, ibtidai və orta məktəblər bağlanacaq.
Pərvanə Fərhadqızı