Xəbərlər 07.05.2025 10:30 172

Mediasiya Şurası İntizam Komissiyasının sədr müavini beynəlxalq tədbirdə çıxış edib - FOTOLAR

Mediasiya Şurası İntizam Komissiyasının sədr müavini Orxan Mahmudov beynəlxalq tədbirdə çıxış edib.

QHT.az xəbər verir ki, 6 may 2025-ci il tarixində Qazaxıstan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə etnomediasiya mövzusunda beynəlxalq tədbir keçirilib. Tədbirin əsas təşkilatçıları Qazaxıstan Respublikası Milli Assambleyası və ölkənin mediasiya institutları olub. Qazaxıstan nümayəndələri ölkədə etnik müxtəlifliyin qorunması, ictimai sabitliyin və milli həmrəyliyin gücləndirilməsi məqsədilə həyata keçirilən etnomediasiya fəaliyyətlərini təqdim edib. Etnomediasiyanın etnoslararası münasibətlərin tənzimlənməsi və multikultural dəyərlərin təşviqi baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycanı təmsil edən Mediasiya Şurasının İntizam Komissiyasının sədr müavini Orxan Mahmudov ölkəmizdə mediasiyanın yaranması, inkişaf mərhələləri, gələcək perspektivləri və milli qanunvericilik barədə məruzə ilə çıxış edib.

Tədbir iştirakçıları arasında peşəkar əlaqələrin qurulması və beynəlxalq təcrübə mübadiləsi üçün əlverişli mühit yaradılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı