Tramp Rusiyanı diz çökdürə bilər
Putin Ukraynada vəziyyətin ukraynalılar üçün getdikcə pisləşdiyi təəssüratını yaratmaq üçün insan və texnikada böyük itkilərə gedir. Lakin “The Washington Post” yazarı Mark Tissenin fikrincə, əslində Putin iqtisadi və hərbi baxımdan zəifdir və Tramp ona ciddi təzyiq göstərə bilər.
QHT.az xəbər verir ki, məlumata əsasən Tramp Putinin Ukrayna prezidenti Zelenskinin istefasını və keçid hökumətinin yaradılmasını tələb etməsindən sonra məyus olub və Moskvanı maksimum sanksiyalarla vurmaq, Ukraynaya hərbi yardımı artırmaq imkanına malikdir. Analitiklər bildirirlər ki, Rusiya hər ay 350 tank və artilleriya itirir, lakin cəmi 20 ədəd istehsal edə bilir. Putin köhnə sovet tanklarından istifadə etməyə məcburdur, çünki Ukrayna on minlərlə Rusiya texnikasını məhv edib. Rusiya iqtisadiyyatı isə enerji ixracından gələn gəlirlərlə ayaqda qalır. Tramp bu gəlirləri hədəf alaraq Putinə təzyiqi artıra bilər.
Əgər Putin güzəştə getməsə, Tramp Ukraynaya daha çox silah göndərməklə Moskvanı məcbur edə bilər. Jurnalistin fikrincə, Putin ciddi yanlış hesablamalar edib və qərar vermək gücü Trampın əlindədir.
R.İmanov