Xəbərlər 19.03.2025 11:05 187

Nazirliyin rəqəmsal uğurları Böyük Britaniyada yerləşən qurumun müsabiqəsində mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərin elektronlaşdırılması sahəsində uğurlu təcrübəsi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

 

Böyük Britaniyanın "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi bu müsabiqədə Nazirlik dövlət xidmətlərinin transformasiyasında əhəmiyyətli innovativ yeniliklərə görə 2025-ci il üzrə “Mükəmməllik Sertifikatı”na layiq görülüb.

 

Müsabiqədə müxtəlif ölkələrdən 60-dan çox dövlət qurumuna aid layihələrin, iş təcrübələrinin qiymətləndirilməsi aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı