Xəbərlər 07.05.2025 12:10 191

""Lady Femida" konfransı qadın mediatorların uğurlarını önə çəkəcək" - Nadir Adilov 

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, qadın mediatorların artan nailiyyətləri cəmiyyətdə mediator peşəsinə olan etimadı daha da gücləndirir.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, 7 may tarixində hüquqşünas qadınların iştirakı ilə keçiriləcək “Lady Femida” konfransı bu uğurların bariz nümunəsidir.

Konfransda bir çox ziyalı, hüquqşünas və mediator qadınlar iştirak edəcək. Bu tədbirin təşkilatçılarından biri kimi Bakı 9 saylı Mediasiya Təşkilatının da adı qeyd olunur. Nadir Adilov təşkilatçılara təşəkkürünü bildirərək konfransın uğurlu keçəcəyinə inandığını vurğulayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı