Xəbərlər 11.03.2025 15:39 155

Şəhidimiz Nizami Aydəmirovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Nizami Aydəmirov 11 mart 1993-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb və daha sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin MAHHXQ kursunu bitirərək kəşfiyyatçı kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 5 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Nizami Aydəmirov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı