Xəbərlər 11.03.2025 13:02 188

Əfqan Vəliyev: "Qərbi Azərbaycan yalnız coğrafi deyil, ideoloji bir əhəmiyyətə malikdir"

Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimində çıxış edib.

QHT.az xəbər verir ki, O, İrəvan və digər torpaqlarının geri qaytarılmasının Azərbaycanın milli ideologiyasının əsasını təşkil etməli olduğunu vurğulayıb və bunun böyük qayıdışa imkan yaratdığını qeyd edib. Əfqan Vəliyev Qərbi Azərbaycanın yalnız coğrafi məkan olmadığını, eyni zamanda ideoloji əhəmiyyətə malik olduğunu bildirib. O, 1873-1876-cı illərdə aparılan tədqiqatlardan bəhs edərək, bu dövrdə dəniz yolu ilə Qərbi Azərbaycandan gətirilən abidələrin hazırda  Dövlət Muzeyində sərgiləndiyini qeyd edib:

"Qərbi Azərbaycan Azərbaycan tarixi, milli kimliyi və mədəniyyəti üçün vacib bir məkandır və burada müxtəlif mənşəli tayfalar yaşayıb. Qərbi Azərbaycanın tarixi irsi dünya ictimaiyyətinə məlumdur. Oradan çıxarılan on minlərlə abidələr böyük əhəmiyyət daşıyır.  Təəssüflər olsun ki, 1829-cu il müqaviləsindən sonra hakimiyyətin dəyişməsi və erməniləşdirilməsi siyasəti nəticəsində toponimlər dəyişdirilib və region ciddi şəkildə dəyişdirilib. Hansısa bir topinim dəfələrlə dəyişdirilib. Ümumilikdə 637-yə yaxın toponim dəyişdirilmiş və günümüzdə də dəyişdirilməyə davam edir. Abidələr bir millətin kimliyidir, abidələr bir millətin pasportudur və onların nəsildən nəsillərə daşıyacaq ən etibarlı mənbə və sənəd yox ola bilər və yaxud etibarsız hesab oluna bilər. Amma abidələrin üzərindəki elementlər heç vaxt silinməz. Onlar sosiologiyanı və mühüm bir tarixi günün izlərini daşıyır. Araşdırmaq çox məsuliyyətli bir məsələdir".

Ə.Vəliyev 2012-ci ildən başlayaraq Azərbaycan məsələsinin həllinə dair Türkiyə, İran və Rusiya alimləri ilə əməkdaşlıq edərək Qərbi Azərbaycandan məlumatlar topladığını və bu zəngin irsin qorunmasına dair beynəlxalq standartlara uyğun yeni təkliflər hazırladığını vurğulayıb:

"Mən bu tədqiqatı aparmaq üçün 2012-ci ildən Azərbaycan məsələsinin həll olunmasına dair Türkiyə, İran və Rusiya alimlərindən sənədlər axtararkən, xüsusilə də Polşada tədqiqat apararkən Qərbi Azərbaycandan məlumatlar topladım və bizim irsimizin zənginliyi haqqında kifayət qədər məlumat verilmədiyini gördüm. Sonrakı dövrdə Azərbaycanda oldum və bu zaman təhsilimi davam etdirərək, bu abidələrin qorunmasında və onların beynəlxalq standartlara uyğunlaşdırılmasında yeni təkliflər hazırladım. Bu təhsil çox vacibdir, çünki xarici sosioloji dövrünə uyğun abidələri tədqiq etmək doğrudan da çətin bir məsələdir."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı