Xəbərlər 08.05.2025 09:04 50

Azərbaycan Yazıçılar Birliyində ədəbiyyat fədaisinə ehtiram göstərildi - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbiyyatşünas, şairə, tərcüməçi və Finlandiya ədəbiyyatı üzrə mütəxəssis Tahirə Cəfərovanın 85 illik yubileyi münasibətilə qəbul keçirilib.

QHT.az xəbər verir ki, AYB-nin sədri, Xalq yazıçısı Anar Tahirə Cəfərovanın xüsusi ehtiramla qarşılayaraq, onun Azərbaycan-Finlandiya ədəbi əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Görüş zamanı yazıçı Anar müəllifə fəxri diplom və xatirə hədiyyələri təqdim edib.

Tədbirdə həmçinin AYB-nin katibi Səlim Babullaoğlu və sədrin baş müşaviri Rauf Aslanov da iştirak ediblər.

Qeyd edək ki, Tahirə Cəfərova Azərbaycanda yeganə fin dili üzrə mütəxəssis kimi tanınır və onun tərcümələri sayəsində fin ədəbiyyatının nümunələri Azərbaycan oxucusuna yüksək bədii səviyyədə təqdim olunub. O, həmçinin “Azərbaycan poeziyası antologiyası”, “Azərbaycan qadın poeziyası antologiyası” kimi bir sıra nəşrlərin hazırlanmasında böyük rol oynayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı