Xəbərlər 19.02.2025 09:27 240

Bakıda “ICSEGT 2025” Beynəlxalq Elmi Konfransı keçiriləcək

Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə 29-30 may 2025-ci il tarixlərində Bakıda Scopus bazasında indekslənən "2nd International Conference on Smart Environment and Green Technologies – ICSEGT 2025" adlı beynəlxalq elmi konfrans keçiriləcək.

QHT.az xəbər verir ki, tədbir hibrid formatda – həm fiziki, həm də virtual iştirak imkanı ilə baş tutacaq. Konfransda 30-dan çox ölkədən alim və tədqiqatçının iştirakı gözlənilir. Plenar iclasda çıxış edəcək xarici alimlərin H indeksi 80-140 arasındadır ki, bu da onların elmi nüfuzunun yüksək olduğunu göstərir.

Konfransın əsas müzakirə mövzuları:

  • İqlim dəyişikliyi və qlobal istiləşmə

  • Ağıllı ətraf mühit və ekosistemlər

  • Ekologiya və biomüxtəlifliyin qorunması

  • Bərpa olunan enerji və yaşıl texnologiyalar

  • Ağıllı şəhərlər və infrastrukturlar

  • Süni intellektin ekoloji sahədə tətbiqi

  • Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf

  • Biofizika, biotexnologiya və biotibb sahəsində yeniliklər

  • Sensorlar, robototexnika və ağıllı nəqliyyat sistemləri

  • Kiber-fiziki sistemlər və dəqiq kənd təsərrüfatı

Konfransa qeydiyyat və ətraflı məlumat: icsegt2025.com


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı