Əlilliyi olan şəxslər üçün hərtərəfli dəstək mərkəzi fəaliyyətini davam etdirir
Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov bildirib ki, Karlson Uşaq və Böyüklər üçün Fərdi İnkişaf və Reabilitasiya Mərkəzi gün ərzində xidmət göstərir.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Karlson Fərdi İnkişaf, Reabilitasiya və Psixososial Mərkəzi peşəkar komandası ilə nitq inkişafını dəstəkləyir, fərdi yanaşma ilə effektiv terapiya tətbiq edir: "Mərkəzimizdə uşaqlar təhsillə yanaşı, gündəlik bacarıqlar təlimi, qrup terapiyası, psixoloq, loqoped və psixopedaqoq dəstəyi alır, həmçinin yemək, yatmaq və MBT xidmətlərindən yararlana bilərlər. Attentioner proqramı ilə uşaqların diqqət və konsentrasiya bacarıqlarını inkişaf etdirmək üçün Karlson Fərdi İnkişaf və Reabilitasiya Mərkəzində xüsusi təlimlər təşkil edilir".
Qeyd edək ki, bu xidmətlər əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və müstəqil həyata hazırlanmasına yönəlib.
Pərvanə Fərhadqızı