Xəbərlər 07.02.2025 15:54 258

Minlərlə turist getdi, İsrail sunamiyə hazırlaşır

Santorinidəki sualtı zəlzələ sunamiyə səbəb olarsa, İsrailə təxminən iki saat vaxt veriləcək.

QHT.az xəbər verir ki, bir sıra yeraltı təkanlardan sonra minlərlə turist Yunanıstanın Santorini adasını tələsik tərk edib. Egey dənizində baş verən 6000-dən çox zəlzələ, xüsusilə İsraildə sunami təhlükəsi yaratmışdır. Fevralın 6-da Yunanıstanın Geodinamik İnstitutu 4 baldan çox olan yeddi təkan qeydə alıb və Santorinidə martın 3-dək fövqəladə vəziyyət elan edilib. 11 mindən çox insan adanı tərk edib, bərə xidmətləri iflic olub. Hökumət təcili xidmətləri hazırlıqlı vəziyyətə gətirib.

Eyni zamanda, İsrail də sunamiyə hazırlıq üçün tədbirlər görməkdədir. Santorini və İsrailin sahilləri arasında sunami ilə bağlı iki saatlıq xəbərdarlıq müddəti mövcuddur.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı