Xəbərlər 18.03.2025 13:55 148

Tailand turistlər üçün vizasız qalma rejimini kəsməyi planlaşdırır

Bu yolla ölkə hakimiyyəti qanunsuz bizneslə mübarizə aparmaq istəyir.

QHT.az xəbər verir ki, Tailand turistlərin vizasız qalma müddətini 60 gündən 30 günə endirmək niyyətindədir. Bu qərar, ölkədə qeyri-qanuni biznes fəaliyyətlərinin artması ilə mübarizə məqsədilə qəbul edilib və ukraynalı turistlər də daxil olmaqla 93 ölkədən olan pasport sahiblərinə təsir göstərəcək. Turizm agentlikləri və otel assosiasiyaları bildirirlər ki, uzun vizasız qalma müddəti qeyri-qanuni işçi axınına və icarəyə verilən qanunsuz mənzillərin artmasına səbəb olur. Xüsusilə Phuket, Chiang Mai, Pattaya, Hua Hin, Samui və Banqkok kimi məşhur turizm bölgələrində bu hallar müşahidə edilir.

Bununla yanaşı, Tayland hökuməti turistlərin yerli iqtisadiyyata daha çox töhfə verməsi üçün kazinoların leqallaşdırılması və "göy qurşağı turizminin" inkişaf etdirilməsi kimi yeni strategiyalar üzərində işləyir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı