Xəbərlər 06.01.2025 20:40 173

Qızılın yer üzündə görünməsi üçün nə lazımdır?

Alimlərin fikrincə, qızılın daşınmasında əsas amil kükürddür.

QHT.az xəbər verir ki, Yer mantiyasının dərinliklərindən qızılın səthə çıxmasını təmin edən əsas proseslər aktiv vulkanlar altındakı kükürd birləşmələrinə bağlıdır. İki yeni araşdırmaya görə, bəzi kükürd formaları qızılla molekulyar bağlar yaradaraq, mantiyadakı qiymətli elementin səthə çıxmasına şərait yaradır. Çin Yer Elmləri Universitetindən Denq-Yan Henin rəhbərliyi ilə aparılan tədqiqat trikükürdün bu prosesdə mühüm rol oynadığını göstərib. Digər tərəfdən, Cenevrə Universitetindən Stefan Farsang və Zoltan Zajac bisulfidin əsas rol oynadığını təsdiqləyiblər.

Geoloqların fikrincə, bu nəticələr qızıl yataqlarının əmələ gəlmə mexanizmini daha yaxşı anlamağa və bu resursdan maksimum yararlanmağa kömək edir. Araşdırmalar sübut edir ki, qızıl yataqları əsasən tektonik plitələrin qovuşduğu yerlərdə, subduksiya zonalarında əmələ gəlir. Burada kükürd qızılı dərinliklərdən səthə daşıyan əsas elementdir. Deng-Yan Henin qrupu, suyun müəyyən təzyiq və temperaturlarda oksidləşməsi ilə Au(HS)S3- formulu üzrə həll olunan kompleksin yarandığını göstərən termodinamik model hazırlayıb. Bu, subduksiya zonalarında qızılın yüksək konsentrasiyasını izah edir.

Digər araşdırmada isə Farsang və Zajac, maqmaların təbii temperaturunda bisulfid və digər kükürd birləşmələrinin rolunu təsdiq edərək əvvəlki nəzəriyyələrdə olan yanlışlıqları aşkar ediblər. Beləliklə, qızılın səthə çıxmasının kükürdün müxtəlif formaları ilə əlaqəli olduğu təsdiqlənib.

 

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı