QHT Agentliyi 1 ay ərzində nəticələri QHT-lərə elektron sistemlə bildirəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il üzrə qrant müsabiqələrinə müraciətdə ötən il olduğu kimi, bu il də yüksək fəallıq qeydə alınıb. QHT-lər tərəfindən 768 layihə təqdim edilib.
Agentliyin yaydığı məlumatda deyilir ki, yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə müvafiq elektron sistem vasitəsilə bildiriləcək. Texniki ekspertiza mərhələsindən uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası müstəqil ekspertiza nəticələrinə əsaslanmaqla, kollegial müzakirələr apararaq qalibləri müəyyən edəcək. Qaliblərin adları 2025-ci ilin I rübü ərzində elan olunacaq. Müsabiqələrdə iştirak edən QHT-lərə uğurlar arzulayırıq!