Xəbərlər 24.10.2024 20:12 2549

Əsəd Cahangir AYB-də yeni vəzifəyə təyin edildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın əmri ilə Əsəd Cahangir, “Azərbaycan” jurnalının baş redaktorunun müavini vəzifəsindən azad edilərək, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsinə təyin edilib.

QHT.az xəbər verir ki, bu qərar AYB-nin ədəbi əlaqələrin və bədii tərcümə sahəsinin inkişafını daha da gücləndirmək məqsədi daşıyır. Əsəd Cahangir uzun illərdir Azərbaycan ədəbiyyatının inkişafında və təbliğində mühüm rol oynayan şəxslərdən biri olaraq tanınır. Onun bu yeni vəzifədə də ədəbi sahədəki təcrübəsi və bilikləri ilə mühüm töhfələr verəcəyi gözlənilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı