Xəbərlər 04.10.2024 22:18 2564

“Karabakh GreenTech” hakatonu çərçivəsində mentorluq görüşlərinin keçirilməsinə başlanılıb - Layihə çərçivəsində

“Qarabağın Tərəqqi Naminə” İB-nin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə Imkanları” layihəsi davam edir.

Layihənin “Karabakh GreenTech” hakatonu çərçivəsində mentorluq görüşlərinin keçirilməsinə başlanılıb. Görüşlər zamanı hakaton iştirakçılarına layihə haqqında məlumatlar verilib. Bildirilib ki, hakatona ümumilikdə 96 komandadan 300-dan çox gəncin müraciəti qeydə alınıb. Onlardan 17 komanda olmaqla ümumilikdə 65-dən çox gənc hakatonda iştirak hüququ qazanıb. Həmçinin görüşlərdə hakaton qalibləri məhsullarının COP29 konfransı çərçivəsində “Yaşıl Zona”da nümayişinin nəzərdə tutulduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, “Karabakh GreenTech” hakatonu iki mərhələli şəkildə 5-6 oktyabr tarixlərində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilir.

Xatırladaq ki, “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsinin əsas məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında həyata keçiriləcək tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi, eləcə də digər mövzular ətrafında sosial maarifləndirilmənin həyata keçirilməsidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı