Xəbərlər 18.07.2024 11:37 4839

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində olublar - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Qazaxıstana səfəri zamanı Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində olublar. Nümayəndə heyətini səfirliyin müşaviri Rövşən Kazımov qəbul edib. Nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyindəki Heydər Əliyev muzeyi ilə tanış olublar.

QHT.az xəbər verir ki, səfərin məqsədi, Qazaxıstan Respublikasındakı dövlət qurumları ilə görüşlər keçirmək və türkdilli ölkələrdə mediasiya institutunun qurulması, inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmaq olub.

Türk Dünyası Arabulucular Birliyinin İdarə Heyətinin sədri Yakup ErikelAzərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov səfirlikdə təşkil edilən qəbul üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinə öz təşəkkürlərini bildirib. Müşavir Rövşən Kazımov isə öz növbəsində görüşdən məmnun olduğunu qeyd edib və nümayəndə heyətinə mediasiya sahəsindəki fəaliyyətində uğurlar arzu edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı