Xəbərlər 29.04.2025 10:00 16

Bakı Qlobal Cənubun haqq mübarizəsinə yeni struktur bəxş... etdi...

Rauf Zeyni: “Bu platforma eyni zamanda bəşəriyyətin xilası hərəkatıdır”

 

Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Bu tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxını, eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.

Qeyd edək ki, konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. O həmçinin 

Cənub-Cənub əməkdaşlığını təşviq edir.

Bildirilir ki, platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı Qlobal Cənub ölkələrinin hüquqlarının müdafiəsində, Qlobal Cənub ölkələrinin QHT-lərin səylərinin birləşdirilməsində, Qərbin ədalətsiz yanaşmalarına qarşı mübarizədə, yeni müstəmləkəçiliyin əleyhinə mübarizədə, Qlobal Cənub ölkələrinin daha müstəqil inkişafı uğrunda mübarizədə necə rol oynayır?

“Sözügedən ölkələrin illərdən bəri qarşılaşdıqları məlum problemlərin həlli istiqamətində, onların müstəmləkəçiliyə, ədalətsizliyə qarşı mübarizələrində mühüm hərəkətverici rola malikdir”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Qlobal Cənub QHT Platforması Azərbaycan vətəndaş cəmiyyətinin növbəti böyük beynəlxalq uğurlarından biridir. “116 ölkənin 1000-ə yaxın QHT nümayəndəsi Bakıda bu platformanın təsis edilməsini həyata keçirir. Azərbaycan dövlətinin beynəlxalq uğurları həmişə tərəfimizdən qeyd olunub. Bu barədə ötən açıqlamalarımda demişəm. Bütün bunların hamısı Azərbaycanın ev sahibliyi etdiyi çox böyük tədbirlər idi. Azərbaycan dörd il Qoşulamam Hərəkatına rəhbərlik etdi. Bunlar hamısı çox böyük nəticələrdir. Bizim 2020-ci ildə qazandığımız tarixi zəfər bu platformada iştirak etdən QHT nümayəndələri tərəfindən də xüsusi qeyd olunur, biz qalib ölkə, qalib xalq, qalib vətəndaş kimi yüksək qiymətləndirilirik.

Qlobal Cənub QHT Platformasının beynəlxalq əhəmiyyəti çox mühümdür. Çünki bu platforma Afrikadan tutmuş Okeaniyaya qədər bir çox QHT-ləri əhatə edir”.

R.Zeyni qeyd etdi ki, bu həm Azərbaycan dövlətinin, həm də Azərbaycan Milli QHT Forumunun uğurudur. R.Zeyninin sözlərinə görə, bu platforma çərçivəsində həm COP29-da qəbul olunmuş qərarlar, həm əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həm də birgə beynəlxalq tədbirlərin keçirilməsi və sair məsələlərin də müzakirəsi bizə böyük imkanlar qazandırır.

R.Zeyninin qeyd etdiyinə görə, bu Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq aləmə çox böyük çıxış platformadır. “Bu çox böyük bir platformadır. Bu platforma ilə əməkdaşlıq etmək Azərbaycanın vətəndaş cəmiyyəti və Azərbaycan dövləti üçün gələcəkdə böyük imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə edib Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Həm də beynəlxalq müstəvidə geniş əməkdaşlıq etməliyik”.

R.Zeyni əlavə etdi ki, Azərbaycanda təsis edilən Qlobal Cənub ölkələrinin QHT-lərinin yeni platforması müasir çağırışların həllində çox mühüm rol oynayır. “Bu platforma eyni zamanda bəşəriyyətin xilası hərəkatıdır. Sözügedən ölkələrin illərdən bəri qarşılaşdıqları məlum problemlərin həlli istiqamətində, onların müstəmləkəçiliyə, ədalətsizliyə qarşı mübarizələrində mühüm hərəkətverici rola malikdir. Burda bütün səylər birləşdirilir. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə qarşı birgə mübarizə aparmaq üçün çox böyük əhəmiyyətə malikdir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı