Elnurə Abuşova: "QHT.az vətəndaş cəmiyyətinin əsas xəbər platformasına çevrilməyi bacarıb"
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova:
"QHT.az saytının 9 yaşı tamam olur.
Dostumuz Cəsarət Hüseynzadənin gərgin əməyi nəticəsində 2015-ci ildə yaranan sayt bu gün vətəndaş cəmiyyətinin əsas xəbər platformasına çevrilib. Zamanın tələbinə uyğun olaraq ixtisaslaşmış jurnalistlər, ixtisaslaşmış sayt medianın sağlamlaşdırılmasına, peşəkarlaşmasına doğru atılan addımlardandır. Sevindirici haldır ki, saytın yaradıcısı Cəsarət Hüseynzadə çəkilən zəhmət hesabına çox az kollektivlə qht sektoru üzrə ixtisaslaşmış saytını bu gün mətbuat bolluğunda ölkənin aparıcı saytlarından birinə çevirə bilib. Dövlət tərəfindən heç bir dəstək almasa da, maliyyə dəstəyi mövzusunda diqqətdən kənarda qalsa da, Media haqqında Qanununun tələblərinə riayət edib saytını ilk Media Reyestrindən keçirənlərdəndir Cəsarət müəllim.
Onlayn Media subyeki olaraq QHT.az 18 yanvar 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media reyestrinə daxil edilib. Bu da onun, nizamından, intizamından xəbər verir.
Özünün də qeyd etdiyi kimi, QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir.
QHT.az saytı müstəqildir, heç bir qurumun mövqeyini ifadə etmir. Saytın əsas tərəfdaşları QHT-lərdir. Bü gün QHT barədə istənilən yenilikləri, məlumatları, oxunaqlı xəbərləri 9 yaşlı QHT.az saytından əldə etmək mümkündür. Tam əminliklə, fəxrlə demək olar ki, QHT.az bu gün Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və ciddi oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.
Qayəsi vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi hədəfləyən sayt dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılıb, 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub.
QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya və Sosial Təşəbbüslərə Dəstək ictimai birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən bir neçə uğurlu layihənin müəllifidir.
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin adından və öz adımdan QHT.az saytını və onun əməkdaşlarını təbrik edir, uğurlarının bol olmasını arzulayıram".